İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, məqsəd iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır. Bununla bağlı bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrində mətbuat konfransı keçirilib.
Tədbirdə bildirilib ki, avqustun 1-dən 11-dək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə “Beynəlxalq Ordu Oyunları -2017” yarışları çərçivəsində Bakıda “Dəniz Kuboku -2017” müsabiqəsi təşkil olunacaq.
“Dəniz Kuboku -2017” müsabiqəsi aşağıda qeyd olunan üç mərhələdə keçiriləcək:
Artilleriya atəşlərinin yerinə yetirilməsi; Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı; Dəniz hazırlığı;
“Dəniz Kuboku -2017” beynəlxaql yarışlarında iştirak edəcək gəmilər;
1.Azərbaycan Hərbi Dəniz Qüvvələri:
2. Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası:
3. İran Hərbi Dəniz Qüvvələri
4. Qazaxıstan Hərbi Dəniz Qüvvələri.
“Dəniz Kuboku -2017” beynəlxaql yarışlarının təntənəli açılış və bağlanış mərasimləri müvafiq olaraq avqustun 1-i və 11-i keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB