Nazirlik rəsmisi: “Cari il üçün müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulmayıb” - Açıqlama

"Müəllimlərin attestasiyadan keçirilməsi üçün xüsusi qərar olmalıdır. Lakin bu qərar verilmədiyindən cari il üçün belə bir prosesin həyata keçirilməsi nəzərdə tutulmayıb". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliynin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O bildirib ki, müəllimlərin fəaliyyətinin monitorinqi mütəmadi olaraq keçirilib. Ayrı-ayrı rayonlarda, paytaxt Bakıda belə monitorinqlərin aparıldığını deyən F.Qədirov vurğulayıb ki, bunların sayəsində hər bir müəllimin göstəriciləri təhlil olunub, reytinqi müəyyənləşib. Onun sözlərinə görə, bunun nəticəsində də müəllimlərin gələcək fəaliyyəti barədə müəyyən qəraralar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...