ATXƏM sədri İlham İsmayılov 60 saylı Salyan-Neftçala seçki dairəsindən öz namizədliyini irəli sürüb
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham Surxay oğlu İsmayılov 60 saylı Salyan-Neftçala seçki dairəsindən müstəqil olaraq öz namizədliyini irəli sürüb.
İlham İsmayılov 1960-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olan İlham İsmayılov seçkilərin keçirilməsinə az müddət qalmış namizədliyini geri götürüb.
Doğulub, boya-başa çatdığı Salyan rayonunda fəhlə kimi əmək fəaliyyətinə başlayan İlham İsmayılov sonralar Salyan rayonunda emalatxana müdiri və kiçik asossiasiya rəhbəri olub.
1992-94-cü illərdə Salyan rayonu Kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi vəzifəsində çalışıb. 1994-98-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyində Kənd təsərrüfatı pambıq emalı və satış idarəsinin rəis müavini vəzifəsində çalışan İlham İsmayılov 1998-ci ildən biznes fəaliyyəti ilə məşğul olub, 1998-ci ildən bu günə kimi "Klassik A.İ" şirkətinin direktorudur. Bizneslə məşğul olduğu dövrdən ictimai fəaliyyətə də önəm verən İlham İsmayılov 2007-ci ildə təsis etdiyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri seçilib.
İlham İsmayılov həm də bütün Türk Dünyasında yayımlanan "Birlik" jurnalının təsisçisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB