Prezidentlərin Soçi görüşü İrəvan nədən narahatdır?

Prezidentlərin Soçi görüşü İrəvan nədən narahatdır?

Azərbaycan prezidenti İlham Əliyevlə Vladmir Putin arasında Soçidə keçirilən görüş siyasi təhlilçiərin əsas müzakirə mövzusu olaraq qamaqdadır. Görüşün detalları barədə tam məlumat verilməsə də prezidentlərin təcili bir araya gəlməsi kifayyət qədər maraqlı məqamlardan xəbər verir. Sössüz ki, Azərbaycan üçün ən əhəmiyyətli məsələ Dağlıq Qarabağ münaqişəsidir. Bu baxımdan konfiliktin nizamlanmasına Rusiyanın yanaşması xüsusi ilə maraq doğurur.

Bakının mövqeyi Moskva üçün bəllidir. Sülhə aparacaq şərtləri də prezident İlham Əliyev dəfələrlə bildirib. Yəni münaqişənin sülh yolu ilə həlli mümkün olacaqsa Azərbaycan yol xəritəsini göstərib. Ümumiyyətlə, son aylarda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktivliyi müşahidə olunmaqdadır. Müdafiə naziri Zakir Həsənov bu ölkənin ən nüfuzlu mətbu orqanına müsahibə verir, Azərbaycana son model raket kompleksləri vaxtında çatdırılır, Kreml Bakının əsas probleminin həllində dalana dirənən diplomatik təmasları yenidən işə salır. Özü də bütün posseslər qısa zaman kəsiyində reallaşır. Son nəticədə isə Soçi görüşü baş tutur.

Aydındır ki, Əliyev və Putin arasında reallaşan danışıqlar işğalçı ölkədə ciddi narahatlıq yaradıb. Buna kifayyət qədər səbəblər də var. Rusiya əleyhinə çağrışlar, Ermənistanda Amerikaya məxsus hərbi baza istəyi kimi faktlar erməni siyasilərin Əliyev-Putin görüşündən narahat olmağa dəlalət edir. Ən azından Moskva münaqişədə neytral mövqe tuta bilər. Bu da işğalçının tam anlamı ilə məhvi deməkdir. İndi İrəvan tam başqa ssenariyə keçib. Nə qədər qəribə səslənsə də Kremldən Vladmir Putinin Sarkisyanla görüşü tələb edilir. Görünür, Ermənistandakı cinayətkar rejim müxalifəti və sadə erməniləri susdurmağı çalışır. Hələlik Sarkisyan və komandasının istəyinə Moskvanın siyasi admnistrasiyası tərəfindən müsbət cavab verilməyib. Dolayısı ilə Rusiya prezidenti yenə də Ermənistanda tənqid olunan birinci şəxsdir.

Erməni müxalifəti isə Soçi görüşnü rejimin xarici siyasətinin iflası kimi qələmə verib. Müxalifət bildirib ki, müstəqilliyini Rusiyaya bağışlayan, vətəndaşlarını bu dövlətə qul edən Sarkisyan hakimiyyətinin Moskva üçün heç bir önəmi yoxdur. Kreml Dağlıq Qarabağ məsələsində ancaq Bakı ilə hesablaşır. Sarkisyan isə Putinin təyin etdiyi məmur obrazındadır. Əslində bu məntiqi yanaşmadır. Putin Sarkisyansız da Əliyevlə Dağlıq Qarabağın gələcək taleyini müzakirə edə bilər. Axı Ermənistan şimal qonşumuzun hərbi bazasından başqa bir şey deyil. Bakı isə Moskva üçün tam fərqli baxışdır. Daha dəqiq desək Azərbaycanın bölgədə oynadığı rol Rusiyanın da regiondakı maraqlarına müsbət və ya mənfi təsir edə biləcək gücdədir.

Bakını razı salmaq isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən keçir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə