“İslahat Bloku”nun namizədlərinin sənədləri DSK-lara təqdim olunub
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin toplantısında əsas diqqət "İslahat Bloku" siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxslərin sənədlərinin müvafiq seçki komissiyalarına təqdim olunması ilə bağlı olub. "İslahat Bloku"nun BAXCP İdarə Heyətinin toplantısında iştirak edən səlahiyyətli nümayəndələri artıq əksər namizədlərin sənədlərinin müvafiq dairə seçki komissiyalarına (DSK) təqdim olunduğunu bildiriblər. Səlahiyyətli nümayəndələrin verdiyi məlumata görə, "İslahat Bloku" tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş digər namizədlərin dairə seçki komissiyalarına təqdim olunması prosesi sentyabrın 22-dək başa çatdırılacaq.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ədalət və Təkamül partiyalarının iştirakı ilə yaradılmış "İslahat Bloku" parlament seçkilərinə 106 namizədlə qatılıb. Son məlumata görə, artıq "İslahat Bloku"nun irəli sürdüyü namizədlərdən 101 nəfərinin sənədləri dairə seçki komissiyalarına təqdim olunub. Bir neçə namizəd isə bu gündən etibarən imzatoplama kampaniyasına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB