AMİP-in 15 namizədi imza vərəqəsini götürüb

AMİP-in 15 namizədi imza vərəqəsini götürüb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 7 Noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinə irəli sürdüyü 15 namizədi müvafiq dairə seçki komissiyalarında qeydiyyatdan keçərək imza vərəqələrini götürüb. SİA-ya açıqlamasında bu haqda partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

 

İmzatoplama kampaniyası üçün verilən müddətdən maksimum şəkildə istifadə etməyə çalışacaqlarını deyən Ə.Orucov namizədlərin qeydə alınması zamanı bir sıra daərələrdə nəzərdə tutulmayan sənədlərin də tələb edildiyini bildirib. Bir sıra dairə seçki komissiya sədrlərinin özlərini inzibatçı bürokrat kimi apardığını söyləyən AMİP-in mətbuat və təbliğat katibi bunun ümumilikdə namizədlərin qeydə alınması və imzatoplama kampaniyası prosesinə mənfi təsir etdiyini söyləyib.

 

Ə.Orucon partiya sədri Yusif Bağırzadənin sərəncamı ilə Aydın İsmayılovun müşavir təyin edildiyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə