Bu gün paytaxtda Tütünlə Mübarizə üzrə II Milli Konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkilləri Musa Quliyev, Qənirə Paşayeva və başqaları iştirak edib.
Tədbirir giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dünyada 2005-ci ildə tütün istifadəsi ilə bağlı xəstəliklərdən təqribən 5 milyon adamın dəyişdiyi nəzərə alınarsa, bu rəqəmin 2030-cu ilə qədər hər il dünyada 10 milyon nəfərə çatacağı ehtimal olunur. Onun sözlərinə görə, tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyası imzalanıb: "Başqa 168 ölkə ilə yanaşı Azərbaycan "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barəsində 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2005-ci ilin 1 noyabr tarixində "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasını ratifikasiya edib. Tütünlə Mübarizə üzrə Milli Strategiya Azərbaycanda vəziyyətin obyektiv şərtlərindən yaranan tütün istifadəsinin yayılmasının qarşıının alınmasını özündə əks etdirən dövlət siyasətinin 2011-2015-ci illər üçün perspektivi tütünlə mübarizə sahəsində əsas istiqamətlərini birləşdirir".
Tədbirin davamında çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli vurğulayıb ki, tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir və bütün dünya bu epidemiyanın qarşısını almağı düşünür. Tütünün Azərbaycan vətəndaşlarının sağlamlığı üçün real təhlükə olduğunu deyən H.Rəcəbli vurğulayıb ki, bununla mübarizədə çox ciddi işlərin aparılmasına ciddi ehtiyac var.
"Ölkədə böyük bir qisim xəstəliklər tütün nəticəsində yaranır. Tütün istifadəsi ürək-damar, ağ ciyər-bronxial, bədxassəli, mədə-bağırsaq, ağız boşluğu xəstəlikləri, şəkərli diabet, katarakta və bu kimi digər xəstəliklərin yaranmasını artırır. Bununla yanaşı, tütün istifadəsindən imtina etməkdə əsas maneə onu istifadə edənlərdə tütün asılığının-insanın davranış reaksiyalarına təsir göstərən xroniki xəstəliyin yaranmasıdır. Statistik qeydlərə əsasən, Azərbaycanda 16 və daha yuxarı yaşda kişilərin 37,3%-i siqaret çəkir. 40-49 yaş qrupunda bu rəqəm 16, yuxarı yaşda olan əhali arasında siqaret çəkənlər isə 55,3%-dir. Qadınların isə ,1%-i tütündən istifadə edir. Azərbaycan Respublikasının Milli Məclisində isə 2008-ci ildə "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" Qanun layihəsi hazırlanıb. Ancaq onun qəbulunda müəyyən problemlər olduğundan neçə illərdir ki bu layihə qəbul olunmayıb. Düşünürəm ki, bu məsələdə Türkiyə modeli bizim üçün əhəmiyyətlidir".
Sosial siyasət komitəsinin üzvü Musa Quliyev isə qeyd edib ki, bu sahədəki fəaliyyət ildən-ilə artır. Onun fikrincə, Azərbaycan parlamentində bununla bağlı müəyyən qanunlar, müddəalar var, ancaq onların böyük əksəriyyəti işləmir. O qeyd edib ki, bunun əsas səbəb Tütün haqqında ana qanunun, cərimə sanksiyalarının olmamasıdır.
"9 maddədən ibarət "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi hal-hazırda Milli Məclisdə müzakirədədir. Qanun layihə 9 maddədən ibarət olsa da böyük məqsədlərə xidmət edəcək. Layihə payız sessiyasında müzakirəyə çıxarılmağa hazırdır. İnanıərıq ki, bu qanun payız və ya yaz sessiyasında parlamentdə qəbul olunacaq. Layihədə siqaret çəkilməsinə qadağa qoyulacaq müəssisələr konkret göstərilir. Belə ki, hava və dəniz limanlarında, dəmiryolu və avtobus vağzallarında, şəhərlərarası marşrutlarda, taksi də daxil olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Bundan başqa, kinoteatrlarda, idman yarışları və konsert keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə qadağa qoyulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə verilir. Bu gün tütünçəkmədən söhbət gedirsə, bu məsələlər "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında", "Televiziya və radio yayımı haqqında" qanunlarda, eləcə də "İnzibati Xətalar", "Vergi" məcəllələrində öz əksini tapıb. Amma tütünçəkmənin yaratdığı fəsadlar bu məcəllələrə yenidən baxılmasını tələb edir. Çünki mövcud cərimə sanksiyaları və vergitutmaları reallığı əks etdirmir. Azərbaycanda 3 milyona yaxın əhali siqaret çəkir. Tətbiq olunan cərimənin azlığı heç bir effekt verməyəcək. Cərimənin çox olması isə sual doğurur. Görəsən, həmin şəxs bu cəriməni ödəyə biləcəkmi? Yeni qanunun mahiyyəti təkcə tütün istehlakının məhdudlaşdırılması, yaxud bəzi yerlərdə qadağa qoyulması deyil. Əslində, siqaretçəkmənin profilaktikasına yönəldilmiş tədbirlərin genişləndirilməsidir", - deyə o əalvə edib.
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev isə "Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiya" barədə ətraflı məlumat verib. O bildirib ki, "Azərbaycanda Milli Tütünçəkmə ilə Mübarizə Strategiyasının Hazırlanması" layihəsi Azərbaycanda Tütünçəkmənin Azaldılması üçün Blümberq Təşəbbüsünün dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə KommunikasiyasıAssosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir: "Azərbaycanda 15-49 yaşlı kişilərin 49% tütünçəkmə ilə məşğuldur . Tütün həm çəkənin özünün, həm də ətrafda olan insanların sağlamlığına güclü zərbə vurur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5.4 milyon insan dünyasını dəyişir. Artıq Azərbaycanda da tütünçəkmə həm tibbi, həm də ictimai problemə çevrilib.Azərbaycan cəmiyyətinin tütünçəkmə problemi ilə mübarizə aparmağa hazırlığı ictimai rəy ilə, eləcə də dövlətin apardığı işlərlə təsdiqlənib. Sorğulara əsasən Azərbaycanda qadınların 97-i, kişilərin isə 89%-i tütünçəkməni "çox zərərli" olduğunu hesab edirlər".
Tədbirin davamında çıxış edənlər tütünün insan sağlamlığına ziyanı, bunun qarşısının alınması yolları barədə çıxışlar edib və mövzu ətrafında müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB