Gəncə şəhəri 2504-cü ildönümü ilə yanaşı 3-cü Regional Qərb Azərbaycan İnfrastrukturu Sərgisinə də ev sahibliyi edəcək

Gəncə şəhəri 2504-cü ildönümü ilə yanaşı 3-cü Regional Qərb Azərbaycan İnfrastrukturu Sərgisinə də ev sahibliyi edəcək
Bu gün 3-cü Regional Qərb Azərbaycan İnfrastrukturu Sərgisi ilə bağlı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzin də mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bildirilib ki, sərgi sentyabrın 21-nən 23-dək davam edəcək. Sözügedən sərginin Gəncə şəhər Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılır. Sərgiyə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Gəncə şəhəri İcra Hakimiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası, Azərbaycan İnvestisiya Şirkəti (AİK) və Gəncə Sahibkarlar Assosasiyası tərəfindən dəstək verilir. O cümlədən, sərginin təşkilatçısı qismində "İteca Caspian" MMC və "İTE Group PLC" şirkətləri çıxış edirlər. 2010-cu ilin payız sərgilərinin tərəfdaşı isə "Azerfon-Vodafon", "Paşa siğorta", "Caspel", "SİAR", "Greewnich Travel" şirkətləri və "Ramada Plaza" Gəncə mehmanxanasıdır. Onu da qeyd edək ki, sərginin keçirilmə tarixi, Gəncənin 2504-cü ildönümü qeyd edilən vaxta təsədüf edir. Sərgi Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən "Gəncə Günlərinə" həsr edilmiş rəsmi tədbirlər planına daxil edilib. Sərgidə iştirak edəcək 29 şirkətin əksəriyyəti regionlarda öz biznesini genişləndirmək istəyində olan yerli şirkətlərdir. Sözügedən sərgidə əsas diqqət sənayenin kənd təsərrüfatı və qida sektorlarının məhsul və xidmətlərinə yönəldilməsi planlaşdırılır. İştirakçı şirkətlər arasında "ASENA", "ARTPAK", "Aselsan-Bakı", "Gilan İnşaat", "Dizayn Cenay Azərbaycan" LTD, "Mətanət A", "Paşa Bank" ASC, "Türk Yapı Sənaye" MMC, "Yüksəklik" LTD kimi bir çox şirkətlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə