Ölkəmizdə səfərdə olan Qırğızıstanın gənclərlə iş üzrə naziri Aliyasbek Alımkulov bu gün Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Aliyasbek Alımkulov dahi Azərbaycan müğənni və bəstəkarı Müslüm Maqomayevin məzarını da ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB