İranın Azərbaycandakı səfiri: “İran Dağlıq Qarabağ münaqişəsindən çox zərər görüb”
"İran Dağlıq Qarabağ problemindən zərər görən tək qonşu ölkədir". SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami Tehranda "Azərbaycan Respublikası: Keçmiş təcrübə və gözlənilən perspektivlər" adı ilə təşkil olunan İran-Azərbaycan birgə konfransda çıxışında deyib.
Qarşıdurmanın Azərbaycan-İran sərhədindəki coğrafi tarazlığı pozduğunu söyləyən səfir bildirib ki, problem İranın milli siyasətinə və mənfəətlərinə birbaşa zərər verir: "680 kilometrlik İran-Azərbaycan sərhədinin 120 kilometri seperatçıların işğalı altındadır. Bu vəziyyət İran və digər bölgə ölkələrinin əlaqələrinə mənfi təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB