TBMM-nin baş katibi Azərbaycana gəlib

TBMM-nin baş katibi Azərbaycana gəlib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) baş katibi Sadəddin Kalkan türkdilli ölkələrin parlament aparatları rəhbərlərinin toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibliyindən SİA-ya verilən məlumata görə, toplantı Türk PA-nın 2-ci plenar sessiyasına hazırlıq məqsədilə keçirilir. Azərbaycana səfəri çərçivəsində S.Kalkanın Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır.

Türk PA parlament aparatları rəhbərlərinin qeyri-rəsmi iclasından başqa, S.Kalkan Qazaxıstan Senatının aparat rəhbəri Murad Nurtleulov, Qazaxıstan Məclisinin baş katibi Ergen Doşayev və Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevlə birlikdə Bakı Dövlət Universitetində "Dövlətlərarası əlaqələrin genişləndirilməsində parlement demokratiyası" mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə