Bu gün Sumqayıtda “Neftçilər günü” ilə əlaqədar konsert proqramı keçiriləcək
Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin əməkçiləri ilk dəfə olaraq Azərbaycan neftçiləri ilə birgə "Neftçilər günü" peşə bayramını qeyd etməyə hazırlaşır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə "Üzvi sintez" zavodunda geniş tədbir keçirilib.
Yığıncaqda Birliyin Həmkarlar Ittifaqı komitəsinin sədri Vaqif Ömərov böyük neftçilər ailəsinə yeni qoşulan kimyaçıları peşə bayramı münasibəti ilə təbrik edərək, "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasətinin bu gün Azərbaycanın dinamik, sürətli inkişafında, dünya miqyasında nüfuzunun artmasında mühüm rol oynadığı qeyd olunub.
Yığıncaq iştirakçıları Bibiheybət və Balaxanıda çıxarılan ilk neftdən tutmuş "Əsrin müqaviləsi"nə qədər Azərbaycan neftçilərinin keçdiyi şərəfli tarixi yoldan söhbət açmış, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ARDNŞ-in tabeliyinə verilən "Azərikimya" İB kimyaçılarının bu ildən etibarən böyük neftçilər ailəsinə qoşulmasından, bir çox dünya ölkələrinin kəskin maliyyə böhranı ilə üzləşdiyi halda Azərbaycanın bu ağır sınaqdan ciddi problem olmadan çıxa bilməsini məmnunluqla qeyd edib.
Neftçilər günü münasibəti ilə "Azərikimya" İB-nin digər müəssisələrində də silsilə tədbirlər keçiriləcək. Bu gün Sumqayıt şəhərində "Azərikimya" İstehsalat Birliyinin "Kimyaçı" mədəniyyət sarayının qarşısında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə şəhər miqyaslı geniş konsert proqramın keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB