Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər:
Əlizadə Fuad Telman oğlu - Sumqayıt Musiqi Kollecinin tələbəsi
Həsənov Kamil Sənan oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Hüseynova Nərgiz Ələkbər qızı - Bakı şəhər Qara Qarayev adına 8 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Mayılov Kənan Eldəniz oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Nəcəfzadə Minirə İlham qızı - Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi
Ömərli Kamran İmran oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Yunusov İsmayıl Səbuhi oğlu Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB