Prezidentdən məmurlara daha bir xəbərdarlıq

“Bundan hamı nəticə çıxarmalıdır”
Prezidentdən məmurlara daha bir xəbərdarlıq

"Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Ölkə başçısı məmurların davranış qaydalarına əməl etmələrinin vacibliyinə toxunaraq vurğulayıb ki, onlar xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərini əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini anlamalıdırlar. Əks halda kimsəyə güzəşt edilməyəcək: "Bu məsələdə heç kimə güzəş olunmayacaq və bundan hamı nəticə çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə