“Mədəniyyət haqqında” qanunu təkmilləşərək növbəti 5 illiyə təqdim ediləcək

"Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin mədəniyyət komitəsin sədri Nizami Cəfərov məlumat verib. O bildirib ki, əlavə və dəyişiklik haqqında Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirələrin aparıldığını deyən komitə sədri orada olan bir sıra müddəaların köhnəldiyini də dilə gətirib. Onun sözlərinə görə, qanuna prodüsser anlaşıyı da əlavə ediləcək.

"Bu qanun on ildən artıqdır ki qəbul olunub. Qanuna ediləcək əlavə və dəyişikliləri qəbul edə bilməsək də payız sesiyasında komitə səviyyəsində müzakirə olunması nəzərdə tutulub. Bu layihəni hazır vəziyyətə salıb gələn 5 illiyə çatdırmalıyıq. Bu qanun təkmilləşsə bəlkə uzun illər başqa qanunlara ehtiyac qalmayacaq. Layihədə mədəni inteqrasiya, milli mədəniyyətin qorunması və digər məsələlər öz əksini tapmalıdır",- deyə N. Cəfərov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə