ADP türkdilli ölkələrin İstanbul zirvə görüşü ilə əlaqədar bəyanat verib

Azərbaycan Demokrat Partiyası türkdilli ölkələrin İstanbul zirvə görüşü ilə əlaqədar bəyanat yayıb. Partiyadan SİA-ya verilən məlumata görə, bəyanatda deyilir:

"ADP türkdilli ölkələrin dövlət başçılarının İstanbul görüşünü ölkəmiz üçün son zamanların ən əhəmiyyətli siyasi hadisəsi kimi qiymətləndirib. ADP sammitə əksər türk dövlətlərinin dövlət başçıları səviyyəsində qatılmasını, toplantının türk dilində aparılmasını, sammit zamanı qəbul edilən qərarlar və verilən bəyanatları təqdir edib və bu görüşü türkdilli dövlətlərin həqiqi ittifaqının yaradılması istiqamətində mühüm mərhələ hesab etdiyini bildirib.

ADP sammit çərçivəsində Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq şurasının yaradılmasını alqışlayıb və iki ölkə arasında vizasız gediş-gəliş və hərbi sahədə əməkdaşlıq məsələsinin də tezliklə həyata keçirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb."

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...