Microsoft korporasiyası tərəfindən dünyada təbliğ edilən və müəllimlər üçün nəzərdə tutulmuş "Həmkara dəstək" proqramı Azərbaycanda tətbiq ediləcək. Qeyd edək ki, Azərbaycanın proqramda iştirakı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na uyğun olaraq Təhsil Nazirliyinin Microsoft Azərbaycan şirkəti ilə imzalanmış "Təhsildə Əməkdaşlıq" Anlaşma Memorandumu çərçivəsində "Mədəd" təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçiriləcək.
SİA-nın məlumatına görə, "Həmkara dəstək" proqramı məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirilməsinə və həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
"Həmkara dəstək" proqramı çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə informasiya texnologiyalarının tədrisdə istifadəsi üzrə praktiki məsləhətlər verəcək.
Proqramda iştirak etmək üçün informasiya-kommunikasiya texnologiyalarını tədrisdə daha effektiv və geniş tətbiq edən metodist-müəllimlərin və ya təcrübəli müəllimlərin cəlb olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB