Avropa İttifaqı Azərbaycan hökumətinə ilk tranş qismində 3 milyon avro ayırıb

Avropa İttifaqı Azərbaycan hökumətinə ilk tranş qismində 3 milyon avro ayırıb

Avropa İttifaqı Büdcəyə Dəstək Proqramı çərçivəsində Azərbaycan hökumətinə ilk tranş qismində 3 milyon avro ayırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu, Avropa İttifaqı tərəfindən Azərbaycana veriləcək 14 milyon avro yardımın ilk tranşıdır. Ayrılan vəsait Azərbaycanın milli enerji strategiyasını gücləndirməyə yönəlmiş cəhdlərini dəstəkləməyə yönəldiləcək. Məqsəd bütün enerji ehtiyatlarının nəqli, tranziti və istifadəsini əhatə edən tamamilə dəqiq, şəffaf enerji strategiyası inkişaf etdirməkdir. Büdcəyə Dəstək Proqramı həmçinin Azərbaycanda enerjinin səmərəli istifadəsi və bərpa olunan enerjiyə diqqət ayırır.

 

Büdcəyə Dəstək hökumətlərə əsas strateji islahatları həyata keçirməyə yardım göstərmək üçün Aİ və digər donorlar tərəfindən istifadə olunan mexanizmdir. Bu islahatın əsas məqsədləri reallaşdıqdan sonra xarici valyutanın xəzinəyə köçürülməsindən ibarətdir. Büdcəyə Dəstək benefisiar ölkə ilə Aİ arasında dialoq qurmağa təkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə