Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 16-da saat 15.35-dən 15.50-dək və 20.25-dən 20.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 00.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.50-dən 22.00-dək, 23.40-dan 23.50-dək və sentyabrın 17-də saat 00.30-dan 00.40-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə