Prezident İlham Əliyev qazaxıstanlı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev qazaxıstanlı həmkarı ilə görüşüb

Sentyabrın 16-da İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivləri vardır.

Dövlət başçıları bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək bildiriblər ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əməkdaşlığı gələcəkdə də faydalı olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə