Tovuzun Əlibəyli kəndində vəziyyət yenidən gərginləşib

Tovuzun Əlibəyli kəndində vəziyyət yenidən gərginləşib

Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində vəziyyət yenidən gərginləşib. Düşmən bölmələri kəndi müxtəlif istiqamətlərdən saatlarla atəşə tutub. Sonuncu dəfə dünən axşam saatlarından başlayaraq Əlibəyli kəndi 3 saat güllə altında saxlanılıb.

Kənd icra nümayəndəsinin müavini Məhərrəm Qasımovun SİA-nın bölgə müxbirinə bldirdiynə görə, vəziyyət getdikcə pisləşir. Düşmən hər dəfə cavab atəşi ilə susdurulsada, ermənilər artıq hərbiçilərimizin mövqelərini deyil, yaşayış evlərini, sadə vətəndaşları hədəfə alır.

Məlumat üçün bildirək ki, sonuncu dəfə 10 gün əvvəl erməni hərbiçiləri Əlibəyli kəndini 5 saat aramsız atəş altında saxlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə