Cənub regionunda yaşayan 120 əlil vətəndaş üçün köməkçi reabilitasiya vasitələri gətirilib
Əlillərə yerlərdə reabilitasiya xidməti göstərmək üçün bu gün Respublika Protez Ortopedik Bərpa Mərkəzinin həkim briqadası Lənkəranda olub. Mərkəzin şöbə müdiri Pənah Məmmdovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, səyyari həkim briqadası 3 gün ərzində regionda yaşayan əlillərin protez və ortezləri yenisi ilə əvəz ediləcək, onlara müvafiq həkim məsləhətləri veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə baş tutan aksiyada cənub regionunda yaşayan 120 nəfər əlil üçün 15 çeşiddə köməkçi reabilitasiya vasitələri gətirilib.
Bu gündən başlayaraq Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində regionda yaşayan əlillərə reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb. Həkim briqadası həmçinin müayinə zamanı köhnəlmiş, yaxud da sınmış protez və ortezlərin ölçüsünü götürərək Mərkəzdəki istehsalat sexində yenilərini hazırlayacaq. Almaniyanın "Ottobok" və Rusiyanın "NPO enerjia" firmalarının yarımfabrikatları əsasında hazırlanacaq protez və ortezlər 25-30 günə əlillərə təqdim ediləcək.
Məlumat üçün bildirək ki, hər il Azərbaycanda 5 minə yaxın köməkçi reabilitasiya vasitəsinə ehtiyac duyulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB