Avropa Məhkəməsinin Böyük Palatası Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxıb
Avropa Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxıb. SİA-nın xəbərinə görə, iddiaya baxan Böyük Palatanın tərkibinə Jan Pol Kosta (məhkəmənin prezidenti), Kristos Rozakis (Yunanıstan), Nikolaz Bratza (Böyük Britaniya), Pyer Lorensen (Danimarka), Frensis Tulkens (Belçika), Jozef Kasadevall (Andorra), Kornelio Birsan (Rumıniya), Bojan Zupanziç (Sloveniya), Nina Vajiç (Xorvatiya), Elizabet Fura (İsveç), Alvina Gülümyan (Ermənistan), Xanlar Hacıyev (Azərbaycan), Eqbert Mujer (Hollandiya), Sver Erik Jebens (Norveç), Giorgio Malinvemi (İsveçrə), Georgi Nikolau (Kipr), Luis Lopes Querra (İspaniya), Den Spelman (Lüksemburq), İzabel Berro-Lefevre (Monako) və David Byörkvinsson (İslandiya) daxildir.
Qeyd edək ki, dinləmələrdən sonra məhkəmə iclasını bağlı qapılar arxasında keçirəcək. İddia əsasında qərarın növbəti mərhələdə çıxarılacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB