Arzu Nağıyev: “ABŞ, Rusiya, Fransa ermənilərə təzyiq və təsirini artırmalıdır”
“Düşünürəm ki, Erməni silahlı qüvvələrinin təxribatı gözlənilən idi. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məhz Vyanada açıqlamaları gözlənilirdi və Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində görüşü planlaşdırılırdı. Bu ərəfədə ermənilər daim təxribata əl atır və bu cür hadisələr törədirlər. Onların sonuncu təxrtibatı isə bir növ vəhşilikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, işğalçı dövlətin mülki vətəndaşlara qarşı atdığı addım artıq heç bir çərçivəyə sığmır: “İkinci məqam, ermənilərin bəhanələri guya odur ki, Azərbaycan tərəfi atəşkəsi pozub və bu onların cavab atəşidir. Axı necə ola bilər ki, raketlərin və atılan mərmilərin markasına qədər bunlar büruzə vermək istəyir. Bu da o deməkdir ki, onlar bir növ hesab edirlər. Üçüncü məqam isə ötən gün Cocuq Mərcanlı kəndinə böyük qayıdışın anonsu verilmişdi. Erməni tərəfi də guya öz vətəndaşlarını sakitləşdirmək, ictimai rəy yaratmaq üçün bu cür böyük qayıdışların qarşısını almağa çalışır. Ümumiyyətlə necə ola bilər ki, Ermənistandan köç başlayıb amma Azərbaycan işğaldan azad olunmuş ərazilərinə Azərbaycan tərəfinin qayıdışı başlayıb.
Bütün bunlar təbii ki, Serj Sarkisyanın öz hakimiyyətini saxlamağa, eyni zamanda separatçılara verdiyi sözün üstündə dayana bilmədiyi üçün ictimai-siyasi rəyə hesablanıb. Azərbaycan ordusu hərtərəfli bu təxribatın qarşısını ala bilib və beynəlxalq qüvvələr, eyni zamanda öz sözünü deyə bilən super güclər buna öz reaksiyasını verməlidirlər. ABŞ, Rusiya, Fransa ermənilərə təzyiq və təsirini artırmalıdır. Yəni ATƏT-in Minsk Qrupunun həmsədrləri sadə deklorativ bəyanatlardan başqa belə bir təxribat məsələlərini də yerində araşdırmalıdır və öz bəyanatlarını səsləndirməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB