Taner Yıldız: “Türkmənistanla Azərbaycan sərhəddində olan təbii qaz yatağının alıcısı olduğumuzu Türkmənistan nazirinə çatdırdım”

Taner Yıldız: “Türkmənistanla Azərbaycan sərhəddində olan təbii qaz yatağının alıcısı olduğumuzu Türkmənistan nazirinə çatdırdım”
Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Türkmənistan ilə Azərbaycan sərhəddində problemlərin olmadığı bölgələrdəki təbii qaz ehtiyatlarının alıcısı olduqlarını söyləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, T.Yıldız Türkdili Ölkələrin Dövlət Başçılarnını Zirvə toplantısı çərçivəsində təşkil edilən Türkiyə-Azərbaycan-Türkmənistan enerji nazirləri yığıncağından sonra jurnalistlərə açıqlamasında görüşü şərh edib.

O, iki ölkənin çox əhəmiyyətli qaz və neft ehtiyatına sahib olduğunu və hər iki ölkə müştərilərinin artmasını istədiyini qeyd edib. Yığıncaqda reallaşdırıla biləcək ortaq proyektlər barədə danışdıqlarını söyləyən nazir vurğulayıb ki, Xəzərin sərhəd problemləri mövzusunda işin içində olmaq istəməyən bir ölkə kimi daha çox yol xəritəsi və həll üsulları ilə əlaqədar müzakirə apardıq. T.Yıldız bildirib ki, texniki heyətlər mövzunu hərtərəfli müzakirə edəcək və daha sonra nazirlər məsələni həllə etməyə çalışacaqlar.

Azərbaycan və Türkmənistan arasındakı sərhəd anlaşılmazlığına dair sualı cavablandıran T.Yıldız deyib ki, iki ölkə arasında sərhəd anlaşılmazlığının olmadığı yerlər var: "Sərhədlə bağlı problem mövzusunda həll axtarışları davam edərkən Türkmənistanla Azərbaycan sərhəddində olan təbii qaz yatağının alıcısı olduğumuzu Türkmənistan nazirinə çatdırdım".

Bütün xəbərlər Facebook səhifəmizdə