”Qarabağ bloku” namizədlərə süni problemlər yaradıldığını iddia edir
""Qarabağ Bloku"nun bəzi namizədlərinə qarşı seçki dairələrində süni maneələr yaradılır". SİA-ya bu haqda bloka daxil olan Azərbaycan Demokrat Partiyasından məlumat verilib.
Bildirilir ki, 21 saylı Nəsimi birinci, 9 saylı Binəqədi ikinci, 22 saylı Nəsimi ikinci, 26 saylı Sabunçu birinci, 23 saylı Nəsimi-Səbail, 5 saylı Şahbuz-Babək, 50 saylı Qobustan-Xızı-Sumqayıt və digər seçki dairələrində blokdan olan namizədlərdən qanunda nəzərdə tutulmayan sənədlər tələb olunub. Bu cür qeyri qanuni tələblərə əsasən ali təhsil haqqında diplomun surəti, partiya nizamnaməsinin və şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri, məhkumluğun olmaması ilə əlaqədar arayış, partiya üzvlüyünü təsdiq edən sənəd və s. istənilməsinin aid olduğu deyilir. Məlumatda oxşar maneələrin "Qarabağ Bloku"na daxil olan digər partiya üzvlərinə qarşı da yaradıldığı qeyd olunub.
Məsələyə Mərkəzi Seçki Komissiyasının (MSK) münasibətini də öyrəndik. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, bu məsələnin apaşdırılmasına ehtiyac var. O, qeyd edib ki, "Qarabağ Bloku"nun MSK-da səlahiyyətli nümayəndəsi, həm də bloka daxil olan Ümid Partiyasının MSK-da üzvü var. A.Sarıyevin sözlərinə görə, həmin şəxslər belə hallar olubsa, faktları toplayaraq MSK-ya təqdim edə bilərlər: "İnanmıram ki, belə hallar olub. Hesab edirəm ki, blokun səlahiyyətli nümayəndəsi faktları toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər. Məsələnin araşdırılmasına ehtiyac var və yalnız bundan sonra qəti bir fikir söyləmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB