Ərdoğan müdafiə nazirini qəbul edib

Ərdoğan müdafiə nazirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tarabya iqamətgahında mətbuata qapalı keçirilən görüş təxminən iki saat davam edib.

Görüşdə Türkiyənin milli müdafiə naziri Fikri İşık, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan, prezidentin baş katibinin müavini və mətbuat katibi İbrahim Kalın da iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə