Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 21.15-dən 21.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.50-dən 15.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.45-dən 17.55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.05-dən 22.15-dək isə Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə