Tehranda Azərbaycan və İranın sərhəd xidmətlərinin rəhbərlərinin görüşü keçirilib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. SİA-nın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti İranın Sərhəd Polisi komandanı, general-mayor Hüseyn Zülfiqari ilə görüşüb.
Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycanla İran arasında bütün sərhəd-keçid məntəqələrinin müasir standartlara uyğun yenidən qurulduğunu diqqətə çatdıran E.Quliyev deyib ki, məqsəd sərhəd pozuculuğunun və qaçaqmalçılığın qarşısını tamamilə almaq, iki ölkə vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək, ölkələrimiz arasında hərtərəfli dostluq əlaqələrinin sürətli inkişafına yaradılan şəraiti daha da yaxşılaşdırmaqdır.
Ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlıq əlaqələrinin durmadan inkişaf etdiyini bildirən H.Zülfüqari əminliklə qeyd edib ki, sərhədlərin mühafizəsi müasir tələblərə uyğun aparılır.
Qeyd olunub, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq əlaqələri və sərhədlərin mühafizəsinin vəziyyəti müsbətdir. Tərəflər insan alverinə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, sərhəd pozuntularının tamamilə aradan qaldırılması, bütün növ qaçaqmalçılıqla birgə mübarizənin bundan sonra da uğurla davam etdirilməsi məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB