Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən erməni kəşfiyyatçının ailəsi BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edib

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən erməni kəşfiyyatçının ailəsi BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edib
Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən erməni kəşfiyyatçının ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinə müraciət edib. Bu barədə SİA-ya məlumat verən BQXK-nin Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, müraciətdə erməni kəşfiyyatçının ailəsi onun taleyinin aydınlaşdırılmasını xahiş ediblər. İ.Hüseynova vurğulayıb ki, həmin müraciətə əsasən Azərbaycanın aidiyyatı orqanlarına sorğu göndəriləcək.

Xatırladaq ki, son günlər Ermənistanın xüsusi xidmət orqanlarına məxsus olan kəşfiyyat qrupları təmas xəttində təxribat məqsədilə əməliyyatlar keçirməyə cəhd etsələr də, qarşıları qətiyyətlə alınıb. Sentyabrın 11-də təxminən saat 17:00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə