Tarix elmləri doktoru: “Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi azərbaycanlıların kütləvi şəkildə məhvinin qarşısını aldı” - AÇIQLAMA
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi tariximizin ən mühüm hadisələrindən biridir. Bu barədə SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor Musa Qasımlı deyib. O bildirib ki, bu tarix mayın 28-də Cümhuriyyətin elan edilməsi qədər əhəmiyyətlidir. Qafqaz İslam Ordusunun Bakını sentrokaspiçilərdən, ingilis və daşnaqlardan azad etdiyini deyən tarixçi vurğulayıb ki, həmin dövrdən etibarən Azərbaycan hökumətinin paytaxtı da Gəncədən Bakıya köçürülüb: "Dövlət orqanları normal fəaliyyətə başladı. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi dinc azərbaycanlıların kütləvi şəkildə məhvinin qarşısını aldı. Əgər Bakı şəhəri azad edilməsəydi, erməni daşnaq-bolşevik qüvvələri Azərbaycan ərazisində soyqırımı davam etdirəcəkdi. Qafqaz İslam Ordusunun Bakını azad etməsinin hüquqi, hərbi, siyasi, mənəvi əsasları var idi. Bugünkü gündən biz müasir tariximiz üçün də nəticə çıxarmalıyıq. Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin nümunəsidir. Bu birlik Çanaqqala savaşından, Bakının azad edilməsindən, türk xalqının İstiqlal Savaşında azərbaycanlılara yardım etməsindən keçib gəlir. Bu günü xatırlamaqla biz münasibətlərimizi daha da möhkəmləndirməli, digər qüvvələrin iki ölkə və xalqlarımız arasında münasibətləri pozmasına yol verməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB