XİN rəsmisi: “Ermənistan artıq beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalıdır” AÇIQLAMA
“Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan İtaliyaya səfər etmişdi. O səfəri zamanı fürsətlərdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yenə də təhrif etməyə çalışırdı”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Nalbadyan İtaliya mediasına müsahibəsində münaqişə ilə əlaqədar tamamilə mahiyyətdən kənar və yalan xarakterli məlumatlar vermişdi: “Ona görə də bizim diplomatik nümayəndəliklərimiz, səfirlərimiz qarşısında da qoyulan tapşırıqlarından biri ondan ibarətdir ki, hər bir fürsətdə Azərbaycanın obyektiv, ədalətli, haqlı mövqeyi beynəlxalq ictimaiyyətin və səfirliklərimizin fəaliyyət göstərdiyi ölkələrin diqqətinə çatdırılmalıdır. Azərbaycanın İtaliyadakı səfirliyi də bununla bağlı İtaliya mətbuatında çıxış edərək Ermənistanın XİN rəhbərinin yalanlarını köklü şəkildə ifşa etdi və ölkəmizin mövqeyini diqqətə çatdırdı. Burada da əsas məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyəti aldatmağı artıq Ermənistan dayandırmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB