“İnsan alverinə qarşı maarifləndirmənin rolu” adlı dəyirmi masa keçirilib

“İnsan alverinə qarşı maarifləndirmənin rolu” adlı dəyirmi masa keçirilib
Bu gün "İnsan alverinə qarşı maarifləndirmənin rolu" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, "YES" Qlobal Şəbəkəsinin Azərbaycan Nümayəndəliyi və "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilib. Tədbirdə AQUPDK sədri Hicran Hüseynova, Latviyanın sabiq prezidenti, BMT Baş Katibinin İslahatlar üzrə xüsusi elçisi, Avropa Birliyinin uzunmüddətli İnkişaf Proqramının həmsədri Vayra Vike Freybereqa, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev, millət vəkiləri Qənirə Paşayeva, Gülər Əhmədova və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova bildirib ki, insan alveri dünyada ən çox müzakirə olunan məsələdir. Bu məsələnin beynəlxalq təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlandığını dilə gətirən komitə sədri söyləyib ki, bu mövzu ilə bağlı layihələr, konfranslar, tədbirlər həyata keçirilir, qanun və tövsiyyələr hazırlanır. İnsan alveri, zorakılıq və digər bu kimi mövzuların ölkəmizdə diqqət mərkəzində saxlandığını dilə gətirən H. Hüseynova bu problemlərin həllli ilə əlaqədar Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi vurğulayıb: "Bu gün bu sahədə maarifləndirmə işləri aparılır. Komitə tərəfindən geniş tədbirlər həyata keçirilir. Belə ki komitə hər il 25 noyabr tarixində Qadın zorakılığının qarşısının alınması istiqamətində "Qadın əleyhinə zorakılığın dayandırılması" devizi altında layihə həyata keçirir. Bu layihə regionlarda da reallaşır".

Daha sonra çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike Freybereqa bildirib ki, insan alverinin qarşısının alınması üçün ilk növbədə qanunvericilik bazası möhkəmləndirilməli, bu işlə məşğul olanlar üçün cinayət nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, insan alverinin qurbanlarının qorunması üçün xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Bu problemin sərhədsiz olduğunu deyən Vayra Vike Freybereqa onun qarşısının alınması istiqamətində ciddi işlər görülməsinin vacibliyini söyləyib.

Tədbirin davamında çıxış edən DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev nazirliyin bu istiqmətdə apardığı işlərdən danışıb. O bildirib ki, nazirlik insan alveri ilə mübarizədə Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq edir. 2007-ci ildən nazirlikdə "Qaynar xətt"in fəaliyyətə başladığını dilə gətirən C. Şıxəliyev: "Bundan əlavə idarəmizin rəsmi saytı fəaliyyət göstərir ki, həmin sayt vasitəsi ilə məlumatlar insanlara çatdırılır. 2009-cu ildən insan alverinin qurbanı olan uşaqlar üçün sığınacaq istifadəyə verilib. Həmin sığınacaq hər bir ləvazimatla təchiz olunub. İnsan alveri ilə mübarizə üzrə birinci Milli Fəaliyyət Planı uğurla başa çatıb. 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı hazırlanıb. 144 nəfər insan alverinin qurbanına tibbi xidmət göstərilib".

Daha sonra müzakirələrə qaşulan millət vəkili Qənirə Paşayeva bu mövzü ilə əlaqadar maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyini dilə gətirib. Onun sözlərinə görə, hər kəs özünü müdafiə etmək üçün insan alveri ilə əlaqdar müəyyən biliklərə malik olmalıdır.
,br> Qeyd edək ki. tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə