AİB-nin dəstəyi ilə bələdiyyələr tərəfindən abadlıq işləri aparılıb

Azad İstehlakçılar Birliyi (AİB) 2009-cu ilin əvvəlindən Avropa Komissiyasının (AK) dəstəklədiyi, beynəlxalq tərəfdaş Consumers İnternational (Cİ) təşkilatı və milli təşkilat AİB olan "Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək" layihəsini respublikanın Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayonlarının kənd ərazisində həyata keçirir.

Azad İstehlakçılar Birliyindən SİA-ya verilən məlumata görə, qeyd olunan rayon bələdiyyələrinin ərazilərində dövlət, bələdiyyə və kənd sakinlərinin dəstəyi ilə bir sira abadlıq işləri həyata keçirilib. Hacıqabul rayonunun Muğanlı bələdiyyəsinin dəstəyi ilə kəndin qaz xətləri yenilənib, çirkab suların axıdılması üçün 5000 metrlik kanal çəkilib və qəbristanlıq yolunun 2000 metrinə çınqıl tökülüb. Sabirabad rayonunn Qaraqaşlı bələdyyəsi tərəfindən kəndlilərin əldə etdikləri südü satmaq mərkəzləşdirilmiş süd qəbulu məntəqəsi yaradılıb və eyni zamanda Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar kəndindən olan gənclərin kompüter biliklərinə yiyələnməsi üçün kompüter mərkəzləri yaradılıb. Qəzli bələdiyyəsi tərəfindən isə əhalinin köməkliyi ilə kəndarası torpaq yollara çınqıl tökülüb. Rayonun Yenikənd bələdiyyəsi suvarma və qrunt sularını axıdıldığı kanallarının təmizlənməsini həyata keçiib. Kovlar bələdiyyəsi isə əhalinin qüşçuluq təsərrüfatını inkişaf etdirmək məqsədilə kənddə inkubator sexi tikilib. Axısxa bələdiyyəsi tərəfindən əhalinin suya olan tələbatını təmin etmək üçün Kür çayında su nasosları quraşdırılıb.

Xatırladaq kı, görülən bütün işlər Azad İstehlakçılar Birliyinin (AİB) layihə iştirakçılarının əhalini maarifləndirməsi və təşəbbüsünün artırılması nəticəsində baş tutub. Əhali bələdiyyələr səviyyəsində məsələni qaldıraraq kollektiv müzakirə edib və özləri də iştirak etməklə nəticələrə nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə