Erməni siyasi ekspertlər Konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumda Türkiyə iqtidarının əldə etdiyi qələbənin Türkiyə-Ermənistan münasibətlərinə fayda verəcəyini düşünür. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İrəvan Dövlət Universitetinin Türkiyə üzrə eksperti Ruben Melkonyan hesab edir ki, AKP-nin 2011-ci il seçkilərini qazanması baş nazir Rəcəb Tayyib Ərdoğanı Ermənistanla yazda təxirə salınan görüşlərin yenidən başlatmaq üçün cəsarətləndirə bilər. Melkonyan "əgər iqtidar partiyası parlament seçkilərini qazanaraq iqtidarda qalsa, Türkiyə-Ermənistan danışıqları yenidən başlaya bilər" deyib. Melkonyan AKP-nin alternativinin Ermənistana və ermənilərə qarşı düşməncəsinə bir mövqe sərgiləyən kamalistler və milliyyətçilər olduğunu bildirib.
"Bu referendumla AKP Türkiyədəki mövqeyini gücləndirdi" deyən bir başqa Türkiyə üzrə ekspert Artak Şakaryanın qənaətinə görə, partiya bu istiqamətdə yoluna davam etsə, Türkiyə-Ermənistan sərhədinin açılması və münasibətlərin normallaşması üçün addımlar atıla bilər. Türkiyə-Ermənistan əlaqələrinin referendum və seçkilərdən əvvəl dondurulmasının Türkiyənin daxili siyasətində yaşanan proseslərlə də bağlı olduğunu ifadə edən erməni ekspert bildirib ki, AKP bu hadisələrdən müvəffəqiyyətlə çıxdığı halda Ermənistanla danışıqları özünə daha çox etibar edərək yenidən başlayacaq.
Şakaryan eyni zamanda qeyd edib ki, Ərdoğan Ermənistanla danışıqlara görə, ictimaiyyətin reaksiyasından da çəkinə bilər: "2012-ci ildə prezidentlik yarışına girməyi planlaşdıran Ərdoğan ictimai reaksiyadan çəkindiyi üçün Ermənistanla yeni danışıqlardan qaça bilər. Ərdoğan seçkidə qələbəsindən hələ əmin deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB