Cari il Azərbaycan Dillər Universitetində yeni Hind, Çin və Yapon mərkəzləri açılacaq

Cari il Azərbaycan Dillər Universitetində yeni Hind, Çin və Yapon mərkəzləri açılacaq
Universitet müxtəliflik deməkdir və dünyada istifadə olunan bütün dillərin Azərbaycanda tədris olunması olduqca vacibdir. Bu barədə SİA-ya açıqlamsında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, hər il universitetdə hanısa yeni ixtisaslar açılır və bu il də istisna olmayacaq. Cari il universitetdə yeni Hind mərkəzinin açılmasının nəzərdə tutulduğunu deyən rektor vurğulayıb ki, bundan əlavə, Çin və Yapon mərkəzlərinin açılması istiqamətində danışıqlar gedir.

"Bizim universitetdə bu il Qafqazşünaslıq mərkəzi açılıb və burada Qafqazda yaşayan ölkələr, xalqlar, millətlər öyrəniləcək. Bu xalqlara Gürcüstan, Dağıstan, Çeçenistan, o cümlədən Ermənistan daxildir. Biz mütləq qonşularımızın həyatını, yaşayışını dərindən öyrənib bilməliyik. Bu paradoksal bir faktdır ki, biz ABŞ barədə daha çox məlumata malikik, nəinki Ermənistanda hansı proseslər gedir. Və yaxud digər qonşumuz olan Gürcüstan haqqında məlumatımız daha azdır, nəinki Böyük Britaniya. Ancaq nəzərə almalıyıq ki, biz Böyük Britaniya və ya ABŞ-la qonşu deyilik. Bizimlə qonşu olan Gürcüstan və Ermənistan isə buradan köçəsi deyil. Onlar daima bizim qonşularımız olacaq. Ona görə onların tarixini, həyatını öyrənmək, bilmək lazımdır",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə