Balakən rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova, Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, təhsil işçiləri və ziyalılar iştirak edib.
Rayon Təhsil Şöbəsinin müdiri Seyfullah Kərimov hesabat xarakterli çıxış edərək əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra təhsil nazirinin müavini İradə Hüseynova rayon təhsilinin uğurlarından, inkişafından sevincini dilə gətirsədə, problemlərdən də söhbət açıb: "Builki dərs ilində Balakəndən "İlin məktəbi", "İlin müəllimi" kimi müsabiqələrə heç kim qatılmayıb. Ötən illərdə bu müsabiqənin qalibləri sırasında Balakən məktəbləri, təhsil işçiləri də olub. Bəs, bu il niyə qatılmırsınız".
Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov Azərbaycanda aparılan uğurlu islahatlardan danışaraq bunun təhsildən də yan keçmədiyini deyib: "Mənə elə gəlir ki, təhsildə qazanılan uğurlar təhsil işçilərini arxayın salmayacaq və onlar öz üzərlərində daha da məsuliyyətlə çalışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB