Qərb bölgəsində yaşayan əlil uşaqlara maddi yardım göstəriləcək

Qərb bölgəsində yaşayan əlil uşaqlara maddi yardım göstəriləcək

"Bilik günü" münasibəti ilə ölkənin qərb bölgəsində birinci sinifə qədəm qoyacaq bir qrup əlil uşağa maddi yardım ediləcək. Bu barədə SİA-nın bölgə müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 8 saylı Regional Şöbəsinin rəisi Valeh Kərimov məlumat verib.

Onun sözlərinə görə maddi yardım, evində 2 və ya artıq uşağı olan ailələrə veriləcək. Yəni təxminən 200-dən artıq ailə bu yardımlardan istifadə edə biləcək.

Bildirək ki, anoloji tədbir hər il keçirilir. Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 8 saylı zona şöbəsi Gəncə şəhəri başda olmaqla Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan əlil vətəndaşlara xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə