Gəncədə birinci sinifə 3 minə yaxın uşaq qədəm qoyub

Gəncədə birinci sinifə 3 minə yaxın uşaq qədəm qoyub

Yeni dərs ilində Gəncə şəhərinin 46 orta ümumtəhsil məktəbinə 3 minə yaxın uşaq birinci sinifə gedəcək. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib.

Məlumata əsasən yeni dərs ilində birinci sinifə gedəcək şagirdlərin sayı ötən illərlə müqayisədə artıqdır. Şagird adı qazanan uşaqlara 170 müəllim dərs deyəcək. Ayrıca bu ildən etibarən şəhərin 27 saylı orta məktəbdə "Elektron məktəb" layihəsinin tətbiqinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə