“Qarabağ”-ın bütün namizədləri sənədlərini dairə seçki komissiyalarına təqdim edib
"Qarabağ" siyasi partiyalar blokunun 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinə irəli sürdüyü bütün namizədləri sənədlərinin dairə seçki komissiyalarına təqdim edib. SİA-ya açıqlamasında bu haqda bloka daxil olan partiyalardan biri olan Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə məlumat verib.
Blokun namizədlər siyahısında ümumilikdə 98 adın olduğunu deyən Ə.Ağazadə namizədlərdən 54-ün Ümid, 34-ün Azərbaycan Demokrat, 10-nun isə Aydınlar partiyası tərəfindən irəli sürüldüyünü bildirib. Ali Məclisin sədri Ümid Partiyasının blok yaranmamışdan əvvəl 83 namizədinin olduğunu qeyd edib.
Seçki dairələrinin bloka daxil olan partiyalar arasında hansı əsaslarla bölünməsinə gəlincə, Ümid funksioneri siyahıda daha şanslı namizədlərin yer aldığını bildirib: "Bloka daxil olan partiyaların hərəsi öz siyahını təqdim ediblər. Ümumi müzakirələr nəticəsində uğur şansı daha yüksək olan namizədlər vahid siyahıda yer alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB