İran nümayəndə heyəti Bakıda

Ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti Bakıda olub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb. Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə