PA rəsmisi: “İşğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək”

PA rəsmisi: “İşğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək”

“Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman təhlükə olub və bu təhlükə indi də davam edir”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda beynəlxalq ictimai forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin qüdrəti, cənab Prezidentin apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək: “Ermənistanda da yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan ordusu heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşmən işğalında qalmayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə