Serj Sakirsyanı hakimiyyətdə saxlamaq cəhdi
Məlum olduğu ki, ATƏT-in Minsk Qurupunun həmsədrlərinin İrəvandan sonra Bakıya səfəri yekunlaşdı. Gözlənildiyi kimi Rusiya ABŞ və Fransadan olan diplomatların bu dəfəki təmasları da digərilərindən heç nə ilə seçilmədi. Münaqişənin həlli istiqamətində irəliyə doğru heç bir addım atılmadı. Səfərin yekunu olaraq verilən bəyanat da ümumi sözlər, ümumi yanaşmadan ibarət oldu.
Bu nəticəyə gəldik ki, bu səfər münaqişənin birdəfəlik nizamlanmasından daha çox təmas xəttində yaranan gərginliyin azadılmasına xidmət edir. Yəni İqor Popovun rəhbərlik etdiyi heyət demək istəyir ki, işğlaçının ön xəttdə törətdiyi diversiya həmlələrinə Bakı sərt qarşılıq verməsin. Çünki bu Ermənistanda zəlzələ effekti yaradır. Məhv edilən hər erməni terrorçusunun ölümü İrəvandakı rejimin süqutunu bir qədər də yaxınlaşdırır. Əslində bu elə Serj Sarkisyan başda olmaqla Azərbaycan torpaqlarını işğal edən və bu gün Ermənistan dövətini kriminal ölkəyə çevirənlərin münaqişəyə baxış tərzidir.
Məlumdur ki, Azərbaycan ordusunun təmas xəttindəki bütün uğurlu həmlələri qarşı tərəfdə faciə ilə nəticələnir. Bu da sonda Sarkisyanın hakimiyyəti itirməsinə gətirib çıxaracaq. Həmsədrlər münaqişədə işğalçıya yerini göstərmir, işğala məruz qalan tərəfin həqiqətləri görməzdən gəlir. Azmış kimi həmsədrlər indi də Ermənistandakı cinayətkar rejimin istəklərini öz siyasi statuslarından istifadə etməklə Bakıya yeritməyə çalışırlar. Əgər son hadisələrdə erməni əsagərləri ölübsə bunun məsuliyyəti bir başa Sarkisyanın üzərinə düşür. Axı Azərbaycan Ermənistan torpağı üçün savaşmır. Reallıq odur ki cəhənnəmə vasil edilən erməni hərbiçiləri başqasının torpaqlarını özününküləşdirmək istədikləri üçün məhv edilirlər. Həmsədrlərə nümunə də göstərə bilərik. Necə ki, erməni anaları övladlarının ölümünə görə Serj Sarkisyandan hesabat tələb edir, minsk üçlüyü də işğal faktı başda olmaqla bölgədə getdikcə artan müharibə ehtimalının hesabatını da elə Sarkisyandan tələb etməlidirlər.
Reallıq ondan ibarətdir ki, atəşkəsin kim tərəfindən pozulmasını araşdırmaq kimi diplomatik gedişər bu gün işləmir. Minsk qurupu işğalçını zəbt etdiyi əraziləri sahibinə qaytarmağı təmin etməlidir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB