Ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Avropa İttifaqına inteqrasiya mövzusunda məruzə ilə çıxış edib.
SİA-nın məlumatına görə, Vayra Vike-Freyberqa Latviyanın Avropa İttifaqına inteqrasiyası və ölkənin qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün hökumətin gördüyü işlər barədə ətraflı məlumat verib.
Sabiq Prezident qeyd edib ki, Latviyanın Avropa İttifaqına inteqrasiyası üçün onlarca qanuna, hətta ölkənin Konstitusiyasının bəzi maddələrinə dəyişikliklər edilib.
Avropa İttifaqının xarici siyasətinə toxunan xüsusi elçi demişdir ki, burada qurumun üzvü olan bütün ölkələrinin vahid mövqedən çıxış etmələri vacibdir.
Sonda qonaq tələbələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB