ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Gəncə şəhərinə səfər edib. SİA-nın qərb bürosunun verdiyi məlumata görə, tanışlıq xarakteri daşıyan səfər çərçivəsində Səfirliyin müvvəqəti işlər vəkili şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Təxminən 1 saata yaxın davam edən görüşün ardından diplomat KİV-nümayəndələrinin suallarını cavablandırıb.
Adam Sterlinq bildirib ki, görüşdə Gəncənin son illərdə keçdiyi inkişaf mərhələsindən söhbət açılıb. Sadəcə ilkin tanışlıq mahiyyəti daşıdığından diplomatla yerli rəsmilər arasında hər hansı bir məsələnin müzakirəsi aparılmayıb.
"Sadəcə şəhər rəhbərliyi mənə Gəncəni daha yaxından tanımağa kömək etdi. Onu da deyim ki, mənim Vaşinqtonda təhsil aldığım müddətdə müəllimlərimdən biri Gəncədən olub. Mənə bu şəhər haqqında çox danışıb. Odur ki, Gəncəni görməyi çox istəyirdim", -deyə səfirliyin rəsmisi bildirib.
Amerika dövlətinin Azərbaycana növbəti səfirinin təyin olunması məsələsinə toxunan ABŞ-rəsmisi bu istiqamətdə işlərin aparıldığını, artıq son müzakirələrin getdiyini bildirib.
"Prezident Barak Obama öz namizədini irəli sürüb. Bizim ölkənin konstitusiaysına görə irəli sürülən namizədi senat dəstəkləməlidir. Məndə olan məlumata görə senatda son müzakirələr gedir", deyə A.Sterlinq əlavə edib.
Şəhər rəhbərliyi ilə görüşün ardından Adam Sterlinq Mərkəzi Kitabxanada yaradılan Amerika guşəsi ilə tanış olub. Həmçinin burada gənclərlə görüşüb. Diplomat gəncləri maraqlandıran suallara aydınlıq gətirib. Amerikada oxumaq istəyən bəzi tələbələrə müəyyən tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB