Adam Sterlinq: “ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet xarakter daşıyır”

"ABŞ üçün Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet xarakter daşıyır". SİA-nın qərb bürosu xəbər verir ki, bu barədə Gəncəyə səfəri çərçivəsində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.

"Dövlət katibi Hillari Klinton da Bakıya gəlişində bunu vurğulayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıyıq. ABŞ prezidenti Barak Obama da münaqişə ilə bağlı açıqlamalarında daima sülh yolunun seçilməsinin tərəfdarı olub", diplomat deyib.

ABŞ-ın münaqişənin həlli istiqamətində səy göstərən ATƏT Minsk qrupunun üzvlərindən biri olduğunu diqqətə çatdıran Adam Sterlinq danışıqlarda nəticə əldə olunacağına inandığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə