Ermənistan parlamenti ”Dağlıq Qarabağın tanınması” məsələsini növbədənkənar iclasın gündəliyinə salıb

Ermənistan parlamenti ”Dağlıq Qarabağın tanınması” məsələsini növbədənkənar iclasın gündəliyinə salıb

Ermənistan parlamenti oktyabrın əvvəlində növbədənkənar iclasını keçirəcək. SİA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, toplantıda "Ermənistanın Dağlıq Qarabağ Respublikasını tanıması haqqında" qanun layihəsi müzakirə ediləcək. Parlamentin spikeri Ovik Abramyan bildirib ki, qanun layihəsi qurumun xarici əlaqələr komissiyası tərəfindən mənfi rəy alıb. İndi o, qanunverici orqanda müzakirə ediləcək.

 

Qeyd edək ki, onu parlamentin müzakirəsinə müxalifətçi "İrs" partiyasının fraksiyası təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə