Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə vyetnamlı qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB