Səfər Əbiyev Böyük Britaniya Xarici İşlər Nazirliyinin məsləhətçisini qəbul edib

Səfər Əbiyev Böyük Britaniya Xarici İşlər Nazirliyinin məsləhətçisini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya Krallığı Xarici İşlər Nazirliyinin məsləhətçisi, beynəlxalq təhlükəsizlik sahəsində məşvərət şurasının nümayəndəsi, istefada olan general-leytenant Qarri Consonu qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqla bölgədə hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karolin Braun iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə