"Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə" mövzusunda konfrans keçirilib

"Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə" mövzusunda konfrans keçirilib
Bu gün "Ekoleks" Ekoloji Hüquq Mərkəzi (EHM) tərəfindən Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən istifadə, Enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə EHM-nin icraçı direktoru Sevil İsayeva, Şərq Tərəfdaşlıq Partiyası üzrə Milli Platformanın əlaqələndiricisi Avaz Həsənov, Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan EHM-nin icraçı direktoru Sevil İsayeva bildirib ki layihə ABŞ-ın inkişaf Agentliyi (USAİD) və Counterpart İnternational kompaniyası tərəfindən maaliyələşdirilir.

Daha sonra söz alan Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin sədri Ülvi İsmayıl Azərbaycan ictimaiyyətində alternativ enerji mövzusunu qiymətləndirib: "Qeyd olunan mövzuda Azərbaycan ictimaiyyətinin məlumatı və fikirləri çox məhduddur.Müqayisə etsək görərik ki, Avropa ölkələrində uşaqlara ilk təhsil dövrlərindən başlayaraq zərərli enerjilərin istifadəsinin azaldılması və gələcəkdə daha səmərəli alternativ enerjiləridən istifadə edilməsi öyrədilir. Lakin Azərbaycanda belə bir tədris sistemi olmadığından bu barədə fikirlər çox məhduddur. Buna görə də bu gün Azəbaycanda elə bir layihəni həyata keçirmək üçün Avropa ölkələrinin dəstəyinə ehtiyac hiss edirik".

Alternativ Enerji layihəsinin vacibliyi mövzusuna münasibət bildirən Avaz Həsənov Avropanın bu layihəyə çox ciddi yanaşdığını deyib: "Biz çalışırıq ki, Azərbaycan Avropa ölkələri kimi bu mövzuya ciddi yanaşsın. Məqsədimiz Avropa yeniliyindən cəmiyyətimizə nə isə transfer etməkdir. Biz neft ölkəsi olduğumuz üçün başqa sahələrə marağımız azdı. Çüki neftin buğundan hələ də çıxmamışıq. Avropa da bilir ki, bizim kimi ölkələrdə alternativ enerji tapılmasına maraq azdır. Ancaq enerji sahəsində qıtlıq çəkən ölkələrdə bu sahəyə maraq daha çox olur.Azərbaycan düşünür ki, bizim neftimiz kifayət qədərdir və alternativ enerjiyə pul xərcləməyimiz iqtisadi baxımdan əlverişli deyil". A.Həsənov onu da qeyd edib ki neftə güvənmək düzgün deyil: "Azərbaycan nə qədər neftə güvənsə də, unutmuyaq ki heç bir təbii sərvətin daimiliyi dəqiq deyil. Neftimiz tükənəndə alternativ enerji axtarışına çıxmaq gec olacaq".

Tədbirdə iştirak edənlərdən biri də ŞTP nin nümayəndəsi Sabit Bağırov olub. Onun sözlərinə görə, bütün ölkələrdə ümumdaxili məhsul artaraq alternativ enerjiyə keçidi labüd edir: "2007-2035 ci ildə dünya enerji istehlakı 49 % artacaq. Qiymət sıçrayışları və dünya enerji iqlimləri alternativ enerjiyə keçidə ehtiyac yaradacaq". S.Bağırov bildirib ki, Azərbaycanda elektrik enerjisinin sərf olunmasının 40 faizi binalara aiddir. Ona görə də binalarda enerji sərf edilməsinin azaldılması zəruridir.

Tədbir müzakirələr əsasında dəvam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə